image-qanunla-reklam
image-cudo

Azərbaycan cüdoçuları Açıq Avropa turnirində qızıl və gümüş medal qazanıb

image-lady-day-az

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə açıq Avropa turnirində Azərbaycan yığması ilk iki medalını qazanıb.

“Qanunla.Az”un məlumatına görə, 60 kq çəki dərəcəsində final görüşündə Samir Piriyev və Turan Bayramov üz-üzə gəlib. Bayramov qarşılaşmanı qızıl xal bölümündə ipponla başa vurub. Nəticədə o, qızıl, Piriyev isə gümüş medal əldə edib.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir təmsilçisi Ruslan Paşayev 66 kq çəkidə bürünc medal görüşünə çıxacaq. Rəqib ispaniyalı Karlos Sotilyo Qomes olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki