image-qanunla-reklam
image-310043150_658799682266480_5809699068156461470_n

Azərbaycan-Bolqarıstan münasibətləri yeni mərhələdə

image-lady-day-az

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanla dost və tərəfdaş olan ölkələrin sayı kifayət qədər çox saydadır. Bolqarıstan da ölkəmizlə dost və strateji tərəfdaş ölkələrdən biridir. Ölkələrimiz arasında əlaqələr 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsasən çox yüksək səviyyədə qurulmuşdur. Azərbaycan-Bolqarıstan əlaqələri bir sıra sahələri əhatə etməklə yanaşı münasibətlər davamlı olaraq genişləndirilir və inkişaf etdirilir.

Sentyabrın 30-da Bolqarıstana rəsmi səfər edən Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında mövcud əlaqələri yüksək qiymətləndirmiş və 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə təsbit olunmuş bütün məsələlərin həyatda öz əksini tapdığını diqqətə çatdırmışdır.

Azərbaycan-Bolqarıstan əlaqələrinin bundan sonra daha da inkişaf etdiriləcəyini qeyd edən ölkə başçımız öz çıxışında enerji təhlükəsizliyi sahəsində həyata keçiriləcək planların əhəmiyyətindən də bəhs etmişdir.

Hazırda Azərbaycanın çox böyük həcmdə qaz ehtiyatlarının olduğu təsdiq edilmişdir. Bu ehtiyatların həcmi 2,6 trilyon kubmetrdir. Eyni zamanda, Azərbaycan çoxşaxəli qaz nəqliyyat infrastrukturuna malikdir. Mövcud imkanlar əsas verir ki, Azərbaycan bir çox ölkələri təbii qazla təmin etsin. Bolqarıstan da ölkəmizdən qaz ixrac edən ölkədir. Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub ki, bu məsələdə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır. Bu vaxta qədər də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Belə ki, Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Ölkəmiz bundan sonra qaz hasilatını artırmağı və öz tərəfdaşlarını təbii qazla təmin etməyi planlaşdırır. Bu işdə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum da xüsusi əhəmiyyətə malikdir. Azərbaycan öz enerji siyasətini daha da  genişləndirməyi düşünür. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunması əsas hədəflərdəndir.

Azərbaycan və Bolqarıstan arasında həm iqtisadiyyat, həm də  sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Odur ki, ölkələrimiz bu və digər yeni əməkdaşlıq imkanlarının araşdırılmasına qərar verib.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki