image-qanunla-reklam
image-88450936

Azərbaycan beynəlxalq hüquqa və ədalətə əsaslanan fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək

image-lady-day-az

2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan dövlətlərinin iştirakı ilə təsis olunan  Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın 16-da Səmərqənddə təşkil olunan  üzv ölkələrinin Sammitində Prezident İlham Əliyev də iştirak edib.

Təşkilatın əsas məqsədi üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və qonşuluq münasibətlərinin gücləndirilməsidir. Ölkələr arasında siyasət, ticarət, iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm və.s  sahələrdə qarşılıqlı əlaqələrin qurulması, eyni zamanda regionda sülh, təhlükəsizlik və sabitliyin təmin olunması ŞƏT-in əsas məqsədidir.

Hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycan müxtəlif istiqamətlərdə Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir. Bunlara Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı aiddir. Həmçinin ölkəmiz sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi məsələlərini də diqqət mərkəzində saxlayır.

Prezident İlham Əliyev sammitdə çıxışı zamanı Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı inkişafından danışaraq, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həllinin regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı istiqamətində yeni imkanlar yaratdığından bəhs edib.

Azərbaycanın Ermənistana təqdim etdiyi 5 əsas prinsipdən ibarət olan sülh müqaviləsi süni ləngimələr olmadan Ermənistan tərəfindən icra olunmağa başlamalıdır. Lakin ölkə başçısı cənab İlham Əliyev Ermənistanın  bu il sentyabrın 13-də Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribatından bəhs edərək Azərbaycan silahlı qüvvələrinin bu təxribatın qarşısını qətiyyətlə aldığını vuğulayıb. O, qeyd edib ki, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Beləliklə, Azərbaycan beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanan fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.

Aytac Məhərrəmli,

YAP Nizami rayon təşkilatının məsləhətçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki