image-qanunla-reklam
image-1646458464-6222f53495b0b6222f53495b0c16464581646222f53495b096222f53495b0a

Azərbaycan Belarusla oynamayacaq

image-lady-day-az

19 yaşadək futzalçılardan ibarət Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı qrupun oyunlarının təqvimində dəyişiklik edilib.

“Qanunla.az” xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət yığma komandası Xorvatiyada təşkil olunacaq mini-turnirdə iştirak etməyəcək.

Nəticədə 7-ci qrupda final mərhələsinə yüksəlmək hüququ verən bir vəsiqə uğrunda 3 komanda – Azərbaycan, Xorvatiya və Latviya yığmaları mübarizə aparacaq. Komandamız ilk oyununu martın 17-də Xorvatiyadan, növbəti görüşünü isə ertəsi gün Latviyadan olan yaşıdlarına qarşı keçirəcək.

17 mart
20:00. Azərbaycan – Xorvatiya
Karlovac şəhəri. “Mladost Arena”

18 mart
20:00. Latviya – Azərbaycan
Karlovac şəhəri. “Mladost Arena”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki