image-qanunla-reklam
image-azerbaycan-daha-bir-peykini-orbite-gonderib9632

Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib

image-lady-day-az

Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib

Azərbaycanda müasir kosmik sənayenin formalaşdırılması üzrə yeni səhifə Prezident Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə açılmışdır. Məhz bu illərdə sağlam təməllər üzərində dayanmış Azərbaycan iqtisadiyyatı özünün ən sürətli inkişaf dövrünü yaşamağa başlamışdır. Belə bir əlverişli şəraitdə, 2009-cu ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunmuş, növbəti 2010-cu ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. 2013-cü ildə “Azerspace 1” telekommunikasiya, 2014-cü ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace 2” telekommunikasiya peyki orbitə çıxarılmışdır. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına əlverişli şərait yaradılması və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək, ölkənin beynəlxalq imicinin daha da yüksəldilməsi olmuşdur. Dövlətlərin kosmik missiyaları müxtəlif səviyyələrdə ola bilər, lakin əksər böyük və uğurlu kosmik layihələr məhz beynəlxalq əməkdaşlıq, güclərin birləşdirilməsi sayəsində ərsəyə gəlir. Bu baxımdan, artıq peyk xidmətləri sahəsində müəyyən təcrübəyə və insan potensialına malik Azərbaycan da beynəlxalq kosmik layihələr çərçivəsində əməkdaşlığa töhfələr verir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki