image-qanunla-reklam
image-fotojet-2021-12-13t094257-189

Azarkeşlər Mahir Emrelinin olduğu avtobusa hücum etdi

image-lady-day-az

 

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin forma geyindiyi “Legiya” klubunun səfərdə “Visla”ya məğlubiyyəti azarkeşlərin səbir kasasını daşdırıb.

Qeyd edək ki, oyun 1:0 hesabı ilə “Visla”nın qələbəsi ilə yekunlaşıb. “Legiya” bu nəticədən sonra Polşa çempionatının sonuncu – 18-ci pilləsinə yuvarlanıb.

Nəticədən qəzəblənən azarkeşləri final fitindən dərhal sonra Varşava klubunun bazasına yollanıblar.

Verilən məlumata əsasən, fanatlardan bir neçəsi “Legiya”nın oyunçularını daşıyan avtobusun salonuna daxil olaraq futbolçulara xəsarət yetiriblər.

İnsident nəticəsində iki legioner futbolçunun xəsarət aldığı bildirilir. Onların adları hələlik məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Lakin polisin yaydığı rəsmi açıqlamada oyunçuların xəsarət alması təsdiqini tapmayıb.

Yayılan digər məlumata görə, bu məğlubiyyətin ardından baş məşqçi Marek Qolebyevski paltardəyişmə otağında futbolçularla vidalaşıb və istefa verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki