image-qanunla-reklam
image-e8bfb9d1-4788-30eb-aa23-14f243d52d82

Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir

image-lady-day-az

Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir

9 yanvar 2023-cü il tarixdə 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Azərbaycan idmançılarının ötən ildə qazandığı uğurlardan söhbət açan Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində azad olunmuş torpaqlarımızda bir neçə beynəlxalq idman yarışlarının keçirilməsini çox qürurverici hal olduğunu bildirib.
“Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bildiyiniz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir.” – deyə dövlətimizin başçısı qeyd edib.
Azərbaycan Prezidenti bildirib ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Azərbaycan Prezidenti həmçinin qeyd edib ki, “Bütün bunları qeyd edərək bir daha demək istəyirəm ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi – bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni, artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra da əbədi olacaq.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

İdman ölkəsi

Azərbaycanın dövlət müstəqilliyi qazandığı ilk illərdə, iqtisadi böhranın təsiri bütün sahələrlə yanaşı idmana da təsir etmiş və idman siyasəti diqqətdən kənarda qalmışdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət və qayğı tam dəyişdi. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi və bununla da idman sahədə yüksəlişin bünövrəsi qoyuldu. Azərbaycanı dünyada tanıdan, böyük nüfuza sahib olduğunu sübut edən fəaliyyətlərdən biri də beynəlxalq idman oyunlarına və turnirlərə yüksək səviyyədə ev sahibliyi etməsi olub. Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biridə “Bakı-2015” Avropa Oyunları olmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətdə başa çatdırdı. Azərbaycanın bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi və çox qısa zaman ərzində Oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı. Dünya idman tarixinə öz imzasını atmış və beynəlxalq aləmdə lazımı nüfuzunu qazanmış ölkəmiz 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə və digər yarışlara da ev sahibliyi etmişdir. Bu gün, idmanla yanaşı bütün sahələrdə Azərbaycan Respublikası öz tarixinin çox şərəfli, sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu nailiyyətlər Cənab Prezidentimiz İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən xalqın milli maraqlarına əsasən həyata keçirilən siyasi xəttin nəticəsidir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov 

 

Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur

Keçən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda 800-dən çox medal qazanmış, onlardan 300-ə yaxını qızıl medaldır. İlk öncə, bu il Türkiyənin Konya şəhərində keçrilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmiz 56 ölkə arasında 99 medalla 4-cü yerə layiq görülmüşdür. Xatırladaq ki, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, onu göstərir ki, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. İdmançılarımızın beynəlxalq yarışlarda 800-dən çox medal, o cümlədən 300-ə qədər qızıl medal qazanması bu dinamik inkişafın idman sahəsini də əhatə etdiyini əyani surətdə təsdiqləyir. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq səviyyəli idman tədbirlərinə evsahibliyi etmiş paytaxt Bakıda və respublikamızın bölgələrində çoxlu sayda olimpiya mərkəzləri, idman kompleksləri inşa edilib və  səmərəli fəaliyyət göstərir. Bütün bunlar Azərbaycanda idmanın kütləviliyinə nail olmağın  və onun inkişafı üçün geniş imkanların yaradıldığının göstəricisidir. İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən yenidənqurma işləri nəticəsində isə bu proses daha geniş  miqyas alacaq.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov 

 

İdmana dövlət dəstəyi

Daim xalqımızın fiziki-mənəvi sağlamlığına çalışan İlham Əliyev 2003-cü ilin oktyabrında Prezident seçildikdən sonra da idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, respublikanın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə resurslarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanmışdır. Dövlət başçısı bütün regionlarda idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə əlbəttə, gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Təsadüfi deyildir ki, regionlarda yeniyetmə və kiçikyaşlı uşaqların idmana marağı ildən-ilə artır. Hazırda paytaxtda və bölgələrdə fəaliyyət göstərən 50-yə yaxın Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər idmanın müxtəlif növləri üzrə məşğul olurlar. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Həmçinin bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq ölkəmizin idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırırlar. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur. Bakı Olimpiya Stadionunun, Milli Gimnastika Arenasının, Su İdman Sarayının, Veloparkın istifadəyə verilməsi, Heydər Əliyev adına İdman Konsert Kompleksinin, Bakı İdman Sarayının, T.Bəhramov adına Respublika Stadionunun və başqalarının yenidən qurulması paytaxt Bakının bir çox mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsinə imkan vermişdir. Prezident İlham Əliyev XXI əsrin yeni lideri olaraq müstəqil respublikamızı bütün sahələr üzrə inamla irəli aparır. Bu müddət ölkəmizin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentin rəhbərliyi altında aparılan düşünülmüş islahatlar, qəbul olunmuş müdrik qərarlar həyatımıza yeni nəfəs gətirmiş, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmışdır. Bu sırada idman xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət Azərbaycanı dünyada idman qədər tanıda bilməz. Məhz bu ideyanı əldə rəhbər tutan Prezident İlham Əliyev həm də Azərbaycanı dünyada idman dövləti kimi tanıtmışdır.

 Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov

 

Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu

İşğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri idman sahəsindən də  yan keçməyib. Artıq bu ərazilərdə müasir idman komplekslərinin inşası istiqamətində işlər başlayıb. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi hazırlanır. Yenidən qurulacaq bu stadionun yanında olimpiya idman kompleksi yaradılacaq. 2022-ci ildə Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. İşğaldan azad olunmuş digər kənd, rayon və şəhərlərimizdə də idman obyektlərinin yaradılması planlaşdırılır. İdmançılarımızın və idman mütəxəssislərimizin sosial problemlərinin həlli, onların  məişət şəraitinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqət mərkəzində olub. 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyevin yüksək nəticələr əldə etmiş bir qrup idmançı və idman mütəxəssislərini mükafatlandırması bu diqqət və qayğının daha bir göstəricisidir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov 

 

Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki “keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu”. Həqiqətəndə İdmançılarımızın beynəlxalq yarışlarda 800-dən çox medal, o cümlədən 300-ə qədər qızıl medal qazanması bu dinamik inkişafın idman sahəsini də əhatə etdiyini əyani surətdə təsdiqləyir. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Sözsüz ki, hazırda dünyada idman sahəsində rəqabət artır.Yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələr göstərmək, idman sahəsində öz gücünü təsdiqləmək asan olmur. Amma bütün bunlara baxmayaraq dünya, Avropa çempionatlarında Azərbaycan idmançıları ölkəmizi ləyaqətlə təmsil edib. Təbii ki, beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci yerə yüksəlmişdi. Bu, tarixi qələbə idi. Türkiyənin Konya şəhərində 56 ölkə arasında keçirilən yarışlarda da ölkə idmançıları 99 medalla 4-cü yerə layiq görüldü. Atılan bu addımlar və qazanılan uğurlar Azərbaycanın dünyada güclü idman dövləti kimi təsdiqləməsini və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyinin ildən-ilə möhkəmlənməsinə səbəb olur.

 Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov 

 

Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir.

Artıq azad edilmiş ərazilərdə də ötən il bir neçə beynəlxalq idman yarışı keçirilib. Bunun sözsüz ki, çox böyük tarixi əhəmiyyəti var. Çünki indi azad edilmiş ərazilərdə böyük bir canlanma var, həyat, insanlar o bölgələrimizə qayıdır. Bu mənada azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün azad edilmiş şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq. Burada idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bu sırada Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Eyni zamanda keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Çünki Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdı. Ancaq Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılması ilə bağlı zəruri işlər görülür. Atılan bu addımlar Azərbaycanın dünyada güclü idman dövləti kimi təsdiqləməsini və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyinin ildən-ilə möhkəmlənməsi ilə xarakterizə olunur. Bu siyasət ardıcıl şəkildə aparılır. Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, təhlükəsizlik və bunun fonunda həyata keçirilən genişmiqyaslı quruculuq işləri məhz qarşıya qoyulan hədəflərə hesablanıb. Əlbəttə ki, Tarixi Zəfər hər bir azərbaycanlı, vətəndaş, dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Məhz II Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyətinin gənclər olması onların vətənpərvərlik hissələrinin yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki