image-qanunla-reklam
image-1675843639-aaaaaa

Avtobusun yolunu kəsən meyxanaçı Balaəli cərimələndi – VİDEO

image-lady-day-az

Məşhur meyxanaçı Balaəli yolun hərəkət hissəsində avtomobilini saxlayaraq mağazaya gedib.

“Qanunla.az” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən məlum olur ki, Balaəli idarə etdiyi “Range Rover” markalı avtomobilini saxlayarkən, arxada marşrut avtobusunun olmasına və onu gözlətməsinə əhəmiyyət verməyib. Məlumata görə, hadisə Qara Qarayev prospektində olub.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, meyxanaçıya inzibati qaydada protokol tərtib olunub, o 20 manat məbləğində cərimələnib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki