image-qanunla-reklam
image-1662101718-e1sxbjkwyag6ba9

“Avroviziya” mahnı müsabiqəsinin rus variantı keçiriləcək

image-lady-day-az

Rusiya Musiqi Assosiasiyasının yaradıcıları olan Rusiyanın xalq artistləri Nikolay Baskov və Qriqori Leps həmin təşkilat çərçivəsində “Avroviziya” mahnı müsabiqəsinə rəqib olaraq  “Rus Avroviziyası” adlı müsabiqə keçirmək qərarına gəliblər. 

Qanunla.az xəbər verir ki, bu barədə Nikolay Baskov özü məlumat verib.

Qeyd olunub ki, hazırda sözügedən proqramın formatı ilə bağlı müzakirələr aparılır: “Təkcə rusiyalı sənətçilərə deyil, digər ölkələri təmsil edən müğənnilərə və qruplara da çıxış etmək imkanı veriləcək. Yeri gəlmişkən, müsabiqə-festival onlayn da keçirilə bilər”.

Maraqlıdır ki, əcnəbi iştirakçıların seçimində siyasi prinsip rəhbər tutulacaq, yəni Rusiyanın dost ölkə hesab etdiyi müğənnilər və ya ölkələrin qrupları qarşıdan gələn şouda çıxış edə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki