image-qanunla-reklam
image-1668794488_default-8

“Avropa müharibəyə cəlb olunur” – Orban

image-lady-day-az

Ukraynadakı müharibəni həll etmək üçün atəşkəs və sülh danışıqları lazımdır.

“Qanunla.az” xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban İctimai Radioya müsahibəsində bildirib.

“Sanksiyalar siyasəti müharibəyə doğru daha bir addımdır. Münaqişəyə (sanksiya tətbiq etməklə) müdaxilə edən hər kəs həm də qarşı tərəflərdən birinə müharibəyə doğru addım olan mövqe tutur”.

Onun fikrincə, Avropa “özünü müharibənin bir hissəsi kimi görsə” ona çəkiləcək və Macarıstan üçün təhlükə artacaq. “Aydındır ki, biz yavaş-yavaş bu müharibəyə doğru sürüşürük; hələ bizə atəş açmırlar, amma biz müharibənin iştirakçısı olmağa çox yaxınıq… Avropanın etdikləri çox təhlükəlidir”.

Onun sözlərinə görə, Macarıstan dünya dilində danışır, lakin “başqa heç kim bu xətti izləmir”. “Macarıstan heç vaxt sanksiya siyasətini dəstəkləməyib və bundan sonra da dəstəkləməyəcək”, – deyən Orban, Macarıstanın veto hüququndan hər mərhələdə istifadə etməyi özünə rəva bilməyəcəyini bildirib.

“Bəzən bəzi şeylərdən imtina etməliyik. Lakin biz Macarıstanın maraqlarına cavab verən istisnalar üçün mübarizəmizi davam etdirməliyik. Bundan belə nəticə çıxır ki, Macarıstan indiyədək sanksiyaların ən dağıdıcı nəticələrindən qaçıb”, – deyə baş nazir bu siyasəti davam etdirəcəyini vəd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki