image-qanunla-reklam
image-633f2099327f7633f2099327f81665081497633f2099327f3633f2099327f5

Avropa İttifaqı ilə əməkdaşlığın önəmli istiqamətlərindən biri siyasi dialoqdur

image-lady-day-az

Praqada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə verilmiş bəyanat Azərbaycan diplomatiyasının, ölkəmizin rəhbərinin düşünülmüş çoxgedişli siyasətinin parlaq ifadəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidenti fəaliyyətinin bütün dövrlərində sülh tərəfdarı olduğunu nümayiş etdirib. Praqa görüşlərində səsləndirilən fikirlər bunu bir daha təsdiq etdi.

Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturunun Avropa üçün də çox önəmli olduğunu qeyd edən dövlət başçımız həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərini nəzərdə tutduğunu vurğulayıb: “Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”.

Azərbaycan Prezidenti Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşdırılmasına böyük əhəmiyyət verir və bildirir ki, Avropa İttifaqı bizim üçün önəmli tərəfdaşdır. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Bu gün müasir nəqliyyat infrastrukturunun yaradılması nəinki ölkəmiz, Cənubi Qafqaz, eləcə də Avropa ölkələri üçün çox faydalıdır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizindən dünya ölkələri bəhrələnəcəkdir. Avropa ölkələri ilə təhsil, mədəniyyət, səhiyyə sahəsində əlaqələrin yaradılması sözsüz ki, gələcək inkişafımız üçün vacibdir.

 

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbindirektor əvəzi-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki