image-qanunla-reklam
image-309957192_658799842266464_8111392834571871231_n

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyəti var

image-lady-day-az

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyəti var.

Bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və etibarlı tərəfdaş imicini gücləndirməkdədir. Azərbaycan, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan, cənab Prezident İlham Əliyevin Bolqarıstana səfəri və paytaxt Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirakı mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin Bolqarstana səfəri tarixi əhəmiyyətə malikdir. Səfər  çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqımızın milli maraqlarına uyğun müstəqil siyasət yürütməklə, eyni zamanda, ölkəmizin inkişafı və tərəqqisi naminə çox mühüm addımlar atır. Nəzərə alsaq ki, Bolqarstan Avropa İttifaqına və NATO-ya üzv ölkədir, bir daha rəsmi Bakı ilə Sofiya arasında münasibətlərin nə qədər böyük əhəmiyyətə malik olduğunu vurğulamaq yerinə düşərdi. 2015-ci ildə cənab Prezident İlham Əliyevin Bolqarıstana səfəri zamanı Avropa İttifaqına üzv olan Bolaqrstanla imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə çox böyük əhəmiyyətə malikdir. Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaş ölkələrdir və bir-biriləri ilə daha sıx əməkdaşlıq etmək niyyətindədirlər. Cənab Prezident İlham Əliyevin Bolqarıstana budəfəki səfəri bu niyyəti özündə əks etdirir. Vurğulamaq lazımdır ki, ilk növbədə, iki ölkə arasında siyasi əlaqələr inkişaf etməkdədir. Liderlər, rəsmilər arasında görüşlər, xüsusilə, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təkcə Azərbaycan-Bolqarıstan münasibətlərini inkişaf etdirmir, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini də yüksələn dinamika üzrə inkişaf etdirməkdədir.

İndiki həssas dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımlar atır. Xüsusilə, vurğulamaq lazımdır ki, artıq Azərbaycan Avropanın enerji xəritəsinin yenidən çizilmasinda mühüm rol oynayır. Uzun illər əvvəl əsası qoyulmuş TAP və TANAP lahiyələrinin işə düşməsi bir daha ölkə başçısının enerji siyasəti sahəsində uğurlu və uzaqgörən siyasətinin məntiqi nəticəsidir ki, bu gün bu layihələr Avropanın yeni enerji xəritəsinin çəkilməsində mühüm rola malikdir.

Cənab Prezident İlham Əliyevin Bolqarıstana səfəri və orada keçirilən əhəmiyyətli görüşlər bir daha təsdiq edir ki, Avropada strateji mövqeyə sahib olan ölkələr Azərbaycanla əməkdaşlıqda və münasibətlərin daha da möhkəmlənməsində maraqlıdırlar. Çünki həm Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri, həm də beynəlxalq tranzitin mühüm subyekti kimi Azərbaycanın nüfuzu günü-gündən artır. Bu isə geosiyasi mövqeyimizin güclənməsi deməkdir.

Azərbaycan Xəzərdə, Bolqarıstan isə Qara dənizdə strateji mövqeyə malikdir. Ona görə də müvafiq potensialların reallaşdırılması Azərbaycan və Bolqarıstan üçün yeni imkanlar yaradır.

Orta Dəhliz və Şərq-Qərb tranzit Dəhlizi layihələri də Azərbaycan və Bolqarıstan arasında münasibətlərin möhkəmlənməsi üçün cəlbedici istiqamətlərdən biridir. Heç şübhəsiz ki, məlum istiqamətdə də addımlar atılacaq və əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı – Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki