image-qanunla-reklam
image-eliyar-hakim

Avro-2024-ün bu matçı Əliyar Ağayevə tapşırıldı

image-lady-day-az

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Qanunla.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Avro-2024-ün seçmə mərhələsində Finlandiya və Şimali İrlandiya yığmaları arasında keçiriləcək oyunu idarə edəcək.

36 yaşlı ədalət təmsilçisinə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.

Qeyd edək ki, noyabrın 17-də Helsinkidə reallaşacaq Finlandiya – Şimali İrlandiya görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki