image-qanunla-reklam
image-1667284426_osce-agit-getty-1744396_2

ATƏT Ukraynadakı 2 missiyasını bağlayır

image-lady-day-az

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukraynadakı Xüsusi Monitorinq Missiyası və Layihə Koordinatoru bölməsi Rusiyanın mənfi yanaşması səbəbindən səhra missiyalarını bağlayacaq.

Qanunla.az xəbər verir  ki,  ATƏT-dən verilən yazılı açıqlamaya görə, ATƏT-in Daimi Şurasındakı danışıqlarda Rusiyanın missiyaların mandatının uzadılmasına mənfi yanaşması səbəbindən konsensus əldə olunmayıb, bu səbəbdən sözügedən iki missiya bağlanacaq.

Bəyanatda ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və ATƏT-in baş katibi Helqa Şmidin Ukraynada fəaliyyət göstərən hər iki missiya və Rusiya qüvvələri tərəfindən müharibənin başlamasından az sonra saxlanılan 3 ATƏT əməkdaşının vəziyyəti ilə bağlı fikirləri yer alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki