image-qanunla-reklam
image-atet_-nezaket654

ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur

image-lady-day-az

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirilib. Bu mötəbər tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda çıxış edib. Öz çıxışında bir sıra məqamlara toxunan ölkə başçısı 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan vəziyyət, bu ilin sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlıtoqquşmalar və onların səbəbləri, bir sıra dövlətlərin ölkəmizin haqq işinə biganəliyi, işğalçı dövləti açıq-aşkar müdafiə etmələrindən danışmışdır. Bildirilmişdir ki, 28 il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti sıfıra bərabər olub. Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Belə münasibətlə razılaşmayan Azərbaycan münaqişəni özü həll edib. Düşmənin məğlub edilərək kapitulyasiya aktına imza atmasına baxmayaraq Ermənistan yenə öz işğalçı siyasətindən əl çəkməyib. Dəfələrlə iki dövlət arasındakı sərhəddə atəşkəsinpozulması hallarına yol verilib və nəhayət sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində yenidən silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri isə Azərbaycana qarşı aparılan terrordur. Bu zaman yenə də Müzəffər Azərbaycan Ordusu düşmənə ağır zərbələr endirərək onu geri oturtmağa nail oldu. Ölkə başçısı içğaldan azad edilən və eləcə də sərhədyanı ərazilərdə yaşanan minaproblemlərini bir daha dövlət rəhbərlərinin nəzərinə çatdırdı. Bildirildi ki, azad edilən ərazilərdə Ermənilər 1 milyon mina basdırıblar. Bu gün də mina və snayper terroru davam edir. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb.

Prezident cənab İlham Əliyev bir daha vurğuladı ki, artıq ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur. Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur.
Son vaxtlarda Fransa prezidenti və bu ölkənin digər dövlət xadimlərinin Azərbaycanla bağlı qərəzli çıxışlarına toxunan ölkə başçısı bildirdi ki, “Bundan sonra Fransa hökumətinin bu cür münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”. Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış edib. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Bu yolverilməzdir. Eyni zamanda Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, bütün uğurlu əməkdaşlıq təcrübəmizin üstündən xətt çəkdi. Prezident İlham Əliyev öz çıxışında qətiyyətlə bildirdi ki, Qarabağ Azərbaycandır və Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Azərbaycan öz daxili məsələləri heç bir tərəflə müzakirə etməyəcəkdir.

 

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki