image-qanunla-reklam
image-1689063024_herbi_telim_210619_04

“Atəş açılan mövqelər darmadağın edilməyənə qədər…” – Hərbi ekspert

image-lady-day-az

“İlk dəfədir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonunun Gığı yaşayış məntəqəsi istiqamətindən mövqelərimizi atəşə tutur. Bununla yanaşı, uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd edən erməni silahlıları son günlərdə atəşkəs pozuntularının miqyasını və coğrafiyasını genişləndirib”.

Bunu “Qanunla.az”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Azərbaycan tərəfi mövcud əməliyyat şəraitini nəzərə alaraq atəşkəs pozuntusuna yol verən düşmən mövqelərinin birdəfəlik susdurulması üçün adekvat və təsirli addımlar atmalıdır.

“Onların fortifikasiya qurğularını quraşdırmağa cəhd edən heyət və texnikası məhv edilməlidir. Bu tədbirlər sərt şəkildə həyata keçirilməyənə, atəş açılan mövqelər darmadağın edilməyənə və bu mövqelərin üzərində Azərbaycan bayrağı, həmin mövqelərdə isə əsgərimiz yerləşməyənə qədər düşmən təxribatları sona çatmayacaq. Görülən tədbirlərin effektivlik dərəcəsinin artırılmasına ciddi zərurət var. Yaxın perspektivdə Azərbaycan Ordusunun “Qisas-3″ və ya digər təmizləmə əməliyyatlarını həyata keçirməsi üçün kifayət qədər münbit şərait yaranıb”.

Qeyd edək ki, iyulun 10-da 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələri Naxçıvan, Xocalı və Xocavənddə yerləşən mövqelərimizi atəşə tutub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki