image-qanunla-reklam
image-1663996947_whatsapp-image-2022-09-24-at-09-21-20

Astara polisi əməliyyat keçirdi: Saxlanılanlar var

image-lady-day-az

Sosial şəbəkə vasitəsilə əldə etdiyi narkotiki satmaq istəyən Astara sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qanunla.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Firudin Nəsirov saxlanılıb.

Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ayrı-ayrı bükümlərdə ümumilikdə 3 kiloqramdan artıq heroin, 162 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı F.Nəsirovun həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkə vasitəsilə əlaqə yaratdığı xaricdə yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdiyi müəyyən edilib. Astara RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər rayon sakini saxlanılıb və şəxsi axtarış zamanı onlardan heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki