image-qanunla-reklam
image-photo_62606

Artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəlik müəyyən olunub

image-lady-day-az

Ölkəmiz hazırda beynəlxalq mədəni proseslərin fəal subyekti olaraq dünyada uğurla gerçəkləşdirilən bir çox mədəni proqram və layihələrin nəinki fəal iştirakçısı, həm də onların təşəbbüskarı və təşkilatçısı rolunda çıxış edir. Dünya mədəni proseslərinə fəal qoşulmaqla Azərbaycan həm özünün milli mədəniyyətini mütərəqqi, ümumbəşəri ideya və dəyərlərlə zənginləşdirir, həm də dünya mədəniyyətinin inkişafına öz layiqli töhfələrini verir.  Beynəlxalq mədəni əlaqələr ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətində inkişaf dinamikası artmaqdadır. İkitərəfli mədəni əlaqələrin davam etdirilməsində bir çox ölkələrlə mədəni əməkdaşlıq haqqında hökumətlərarası sazişlər bağlanmışdır. Bu əməkdaşlığın əsas prioritetlərinə incəsənətin musiqi, təsviri sənət, memarlıq sahələri üzrə qarşılıqlı əlaqələrin yaradılması daxildir. Azərbaycan və Qırğızıstan arasında da mədəniyyət sahəsində çox sıx əlaqələr var. Xüsusilə son illər Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ölkələrimizin həm ikitərəfli kontekstdə, həm də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində əlaqələri genişlənir. Mədəniyyət və tarixi köklər baxımdan iki ölkənin əməkdaşlığında yeni səhifə açılıb. Bu gün, iqtisadi işbirliyi perspektivləri ilə yanaşı, iki ölkəni tarix, mədəniyyət, soy-kök və dini zəmində ortaq dəyərlər birləşdirir. Son illər əlaqələrimizin mühüm istiqamətini mədəniyyət sahəsində tədbirlər təşkil edir. Bizi birləşdirən əsas amillərdən biri də mədəniyyətdir. Mədəniyyət bizim ortaq xəzinəmizdir. Hər iki ölkə arasında uğurlu layihələr həyata keçirilir və bu layihələr davam etdirilir. Hər bir türkdilli ölkə mədəni zənginliyi realizə etməklə qarşılıqlı münasibətlərə töhfə verməlidir. Sözsüz ki, həyata keçirilən tədbirlər vasitəsilə xalqlarımız bir-birini daha  yaxından tanıyır.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı –Məleykə Hümbətova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki