Ukraynada daha bir ABŞ vətəndaşı əsir götürülüb. 

“Qanunla.az” “The Guardian” nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı amerikalı Suedi Murekezi keçən ay Xersonda həbs edilib.

O, Ukraynada rusiyapərəst qüvvələr tərəfindən əsir saxlanılır.

Murekezi qardaşına telefonla deyib ki, onu Ukraynayönlü etirazlarda iştirak etməkdə ittiham ediblər.