image-qanunla-reklam
image-mehkeme

Ali Məhkəmədə şagirdlərlə görüş keçirildi – FOTO

image-lady-day-az

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycanın Ali Məhkəməsi şagirdlər üçün öz qapılarını açıb.

Bu barədə Qanunla.az-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində yerləşən 27 nömrəli tam orta məktəbin şagirdləri Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin hakimi Elşad Şamayev uşaqlara məhkəmələrin dövlət quruluşunda yeri və rolu, uşaq hüquqlarının qorunması sahəsində qanunvericilik və təcrübə barədə məlumatlar verib. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Sonda şagirdlər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki