Türkiyəli məşhur müğənni Aleyna Tilki 6 dostluq qrupu ilə birlikdə İstanbulda hotellərin birində əyləncə təşkil edib. 

“Qanunla.az” xəbər verir ki, gecə saat 2-də başlayan məclisin yüksək səsi ətrafdakı qonşuları narahat edib. Bu səbəbdən insanlar müğənnini  hotel sahibinə şikayət edib. Aleynaya xəbərdarlıq edilib.

Buna məhəl qoymayan müğənni əylənməyə davam edib.  Çox  keçməyib ki, məkan sahibi Tilkidən otağı boşaltmağı xahiş edib.

Hotel sahibinə “Pulunu vermişəm, kimə nə” deyən  Tilki və dostları mübahisədən sonra hoteli tərk etməli olublar.