image-qanunla-reklam
image-1657690764_ab2-reuters_16_9_1657634325

Aİ gizli görüşlər üçün qərargah tikəcək

image-lady-day-az

Brüsseldə bunker tikintisi Avropa liderlərinin Rusiyanın dinləmə riski olmadan toplaşa bilməsi üçün nəzərdə tutulub.

“Qanunla.az” xəbər verir ki, bu  barədə İngiltərənin “The Times” qəzeti məlumat yayıb. Belə ki, 8 milyon dollar dəyərində olan toplantı obyektində Avropa İttifaqı (Aİ) liderlərinin toplantılarda nahar edə biləcəyi lüks mətbəx də olacaq.

Qeyd edilib ki, NATO-nun nəzarəti altında tikiləcək bu bunker hərbi qərargahı xatırladacaq və elektromaqnit siqnallarından və ya radio dalğalarından qorunacaq.

Obyektin tikintisinin 2024-cü ilə qədər başa çatdırılması nəzərdə tutulur. 100 nəfərlik iclas zalı liderlərlə yanaşı, onların köməkçiləri, texniki qruplar və restoran işçiləri üçün nəzərdə tutulub. Hər görüşdən əvvəl və sonra otaq dinləmə cihazları üçün skan ediləcək. Təmizlik və restoran qrupları da ciddi yoxlamadan sonra seçiləcək.

Aİ Ukrayna müharibəsi və Rusiya qazına alternativ axtarışlar səbəbindən Rusiyaya qarşı bir çox sanksiyaları müzakirə edir. Kremlin bu danışıqları dinləməsindən narahat olan Avropa liderlərinin görüşlərə mobil telefonları buraxmamaqla tədbir gördüyü bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki