image-qanunla-reklam
image-attach-5

Ağsuda “Heydər Əliyev İli” ilə əlaqədar tədbir keçirilib-FOTO

image-lady-day-az
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyi və Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının birgə təşkilatçılığı ilə Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Qanunla.Az xəbər verir ki, tədbir zamanı Ağsu rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.
Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, 30-a yaxın iştirakçının iştirakı ilə baş tutmuş təlim, Ağsu rayon İcra hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyi, Ağsu rayon Yeni Azərbaycan Partiyasının (YAP) və Ağsu rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Heydərova Fatimə
Ağsu nümayəndəliyinin
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi
image-attach-1 image-attach image-attach-2 image-attach-3 image-attach-4 image-attach-5

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki