image-qanunla-reklam
image-image_6483441-2

Ağsu gəncləri Kürdəmir rayonuna səfər ediblər-FOTO

image-lady-day-az
“Heydər Əliyev ili” çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyinin, Kürdəmir Regional “ASAN xidmət” mərkəzinin və Ağsu rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Kürdəmir Regional “ASAN” xidmət mərkəzinə və rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Qanunla.Az xəbər verir ki, ekskursiyada Ağsu rayon Heydər Əliyev Mərkəzinin könüllüləri, “ASAN” könüllüləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyinin və Kürdəmir Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak ediblər. İlk öncə Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül- çiçək dəstələri düzülüb. Sonra Kürdəmir rayon Heydər Əliyev Mərkəzində gənclərə geniş ekskursiya aparılıb.
Ekskursiyada gənclərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb. Səfər proqramı çərçivəsində Kürdəmir Regional “ASAN xidmət” mərkəzinə də ekskursiya təşkil olunub. Ekskursiya zamanı gənclər mərkəzdə fəaliyyət göstərən xidmətlərlə yaxından tanış olublar və “ASAN xidmət”in yaradılması, inkişafı və fəaliyyəti barədə geniş məlumat verilib.

image-image_6483441image-image_6483441-1image-img_3631image-image_6483441-2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki