image-qanunla-reklam
image-1671178138-0c4f3ccb-f824-37f2-8946-4e4541dce9eb_850

Ağstafadan Bakıya mikroavtobusda narkotik daşıdı – VİDEO

image-lady-day-az

Ağstafadan Bakıya sərnişin daşıyan mikroavtobusda 4 kiloqrama yaxın narkotik aşkarlanıb.

Bu barədə Qanunla.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində narkotik vasitələrin satışını və paylanmasını təşkil edən Şahin Nağıyev saxlanılıb və istintaqa təqdim edilib.

Onun sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu mikroavtobusa baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkar edilib.

Şahin Nağıyev ifadəsində narkotikləri Ağstafa rayonunda yaşayan tanışından əldə etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq narkotikin əldə olunduğu mənbə – Niyaməddin Nağıyev də saxlanılıb.

Sonuncu ifadəsində narkotik tərkibli çətənə kollarını satmaq, həmçinin şəxsi istifadəsi üçün əkdiyini və qurudandan sonra həmyerlisi Şahin Nağıyev vasitəsi ilə Bakı şəhərinə göndərdiyini bildirib. Həmin şəxsdən əlavə olaraq qulluq edərək yetişdirdiyi çətənə kolları da aşkar olunub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki