Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim Cavid Səfərli) hökmü ilə AR CM-nin 206.3.2 (külli miqdarda narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçamaqçılıq yolu ilə ölkə sərhəddindən keçirilməsi), 234.4.1 və 234.4.3-cü maddələrinə (külli miqdarda narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə daşınması) əsasən ittiham olunan hüquqlarımı müdafiə etdiyim Süleyman Əliyoldaşov barəsində bəraət hökmü çıxarılmışdır. Əsassız ittihamla 1 il 5 aydır həbsdə saxlanılan kasıb taksi sürücüsünün azadlığa buraxılmasının yaratdığı sevinc hissini yaşayırıq.
Məhkəmələr tərəfindən belə ədalətli mövqe sərgilənməsi, bəraət hökmlərinin çıxarılması hər kəsin dövlətimizə olan inamının daha da artmasına zəmin yaradır.
Vəkil Adəm Məmmədov.
