image-qanunla-reklam
image-1613379011_agillikend

“Ağıllı kənd” layihəsi

image-lady-day-az

Erməni işğalından azad olunmuş digər ərazilərimizdə də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Mütəxəssislər əmindirlər ki, “ağıllı kənd” texnologiyalarının tətbiqi həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına da şərait yaradacaq və Qarabağ regionunun həm də texnoloji innovasiya-startap mərkəzi kimi cəlbediciliyini də artıracaq. Hazırda sürətli texniki tərəqqi insanın həyat fəaliyyətinin bütün sahələrində özünü fəal şəkildə göstərir. Ümumiyyətlə, “ağıllı kənd” konsepsiyası, xüsusilə inkişaf etməkdə olan ölkələrdə, texnoloji, maliyyə və təhsil metodologiyalarından istifadə edərək, kəndlərdə enerji əldə etmək üçün real maneələrlə mübarizə aparmaq məqsədi daşıyır. Baxmayaraq ki, XX əsrdən bu yana elektrik enerjisi gündəlik həyatımızın bir hissəsinə çevrilmişdir və enerji olmadan da yaşaya bilərik, lakin onsuz inkişaf və elmi nəticələrdən istifadə etmək imkanımızın olmayacağını da bilirik. Əhalinin sosial rifahının rahat və yüksək səviyyədə təmin edilməsi üçün informasiya-kommunikasiya texnologiyalarından maksimum istifadə edilmişdir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyalar  tətbiq edilmişdir. Səhiyyə, E-təhsil və digər elektron xidmətlər üzrə innovativ həllər tətbiq edilmişdir. “Ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik olan kənddir. Ağıllı kənd layihəsində  yüksək keyfiyyətli ekoloji mühit əsas götürülmüş və enerjidən səmərəli istifadə edilməsi məqsədilə  dayanıqlı enerji mənbələrinə üstünlük verilmişdir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyalar  tətbiq edilmişdir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki