image-qanunla-reklam
image-1665991358-73b6c0a1-06b8-331f-b2f1-e31ec621af34_850

Ağcabədidə narkotikə görə iki nəfər saxlanıldı

image-lady-day-az

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik tərkibli bitkinin kultivasiyasında və oğurluq əməlləri törətməkdə şübhəli bilinən iki nəfər – Çingiz Əliyev və Qalib Musayev saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bu barədə Qanunla.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini Çingiz Əliyevin yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qulluqla yetişdirilmiş 11 ədəd çətənə bitkisi və çəkisi 7 kiloqram 555 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, rayon sakini Qalib Musayevin evdən qızıl-zinət əşyaları, avtomobil ehtiyat hissələri və elektrik naqilləri oğurlayaraq zərərçəkmiş şəxsə 8 600 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Hər iki faktla bağlı Ağcabədi RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki