Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tələbələri və Çin dili kurslarının dinləyicilərini “Çinin ictimai və siyasi xadimləri Heydər Əliyev haqqında” mövzusunda inşa müsabiqəsinə dəvət edir.  Müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub.

“Qanunla.az” xəbər verilir ki, müsabiqəyə Azərbaycan, Çin və rus dillərində yazılmış fərdi inşalar qəbul edilir. Çin dilində olan inşalar qiymətləndirilərkən dil biliyinin səviyyəsi də nəzərə alınacaq.
Müsabiqə iştirakçılarının işləri mayın 1-dək [email protected] elektron poçt ünvanına qəbul edilir. Müsabiqəsinin qalibləri üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin bütün iştirakçılarına sertifikatlar veriləcək.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, elan olunmuş müsabiqənin məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsində tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirməkdir.