image-qanunla-reklam
image-1694248405-avtomat

Abşeronda əməliyyat zamanı keçmiş məhkumda “Kalaşnikov” aşkar edildi

image-lady-day-az

Abşeron Rayon Polis İdarəsi, eləcə də ərazi üzrə Mehdiabad, Qobu və Saray Polis Bölmələri tərəfindən hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktiki tədbirlər keçirilib. 

Qanunla.az  xəbər verir ki, əməliyyatlar zamanı saxlanılan əvvəllər dəfələrlə məhkum olunmuşlar  –  Nizami İsgəndərovdan 1 ədəd “Naqan” tipli tapança 3 ədəd patron, Asif Astanovdan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 27 ədəd patron, Azad Qənbərovdan 1 ədəd tapança, 3 ədəd patron, Davud Rəhimov və Pərviz Əliağayevdən isə 3 kiloqrama yaxın heroin, həmçinin metamfetamin aşkar edilib.

Digər əməliyyat zamanı Abşeron rayonunda oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 8,  “isti izlərlə” cinayətin açılması üzrə 14, narkotiklə əlaqəli cinayətlərə görə 19 nəfər saxlanılıb. Tədbirlər zamanı qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 31, xırda xuliqanlığa və xırda talamaya görə 58 fakt aşkarlanıb, mülki axtarışda olan 25 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 156, narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən 2, avtoxuliqanlıq edən 19, dayanma-durma qaydalarını pozan 220 sürücü inzibati məsuliyyətə cəlb edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki