image-qanunla-reklam
image-1693467457_5-pic_32ratio_900x600-900x600-67956

ABŞ vətəndaşlarını bu ölkəni mümkün qədər tez tərk etməyə çağırdı

image-lady-day-az

ABŞ səfirliyi Haitidə davam edən iğtişaşlar və siyasi təlatümlər fonunda Amerika vətəndaşlarını ölkəni mümkün qədər tez tərk etməyə çağırıb.

“Qanunla.az” “The Washington Post”a isitnadən xəbər verir ki, yayılmış müraciətdə vətəndaşlardan təhlükəsiz yerə getmələri xahiş olunur.

“Mövcud təhlükəsizlik vəziyyətini və infrastruktur problemlərini nəzərə alaraq, Haitidəki ABŞ vətəndaşları kommersiya və ya şəxsi nəqliyyat vasitəsi ilə Haitini mümkün qədər tez tərk etməlidirlər. Əgər yolda maneə ilə rastlaşsanız, geri dönün və təhlükəsiz yerə gedin”.”, – səfirliyin bəyanatında deyilir.

Xatırladaq ki, keçən ay ABŞ Haitinin paytaxtı və ən sıx məskunlaşdığı şəhər olan Port-o-Prensdəki səfirlikdən hökumət işçilərini və diplomatların ailə üzvlərini təxliyə edib.

Haiti 2021-ci ilin yayında prezident Jovenel Moizin öldürülməsindən sonra kəskin ictimai-siyasi böhran yaşayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki