image-qanunla-reklam
image-1669581245_316971994_904731310520943_9179025914967184183_n

“ABŞ və Aİ arasında ticarət müharibəsi başlaya bilər” – Romano Prodi

image-lady-day-az

Enerji böhranının dərinləşməsi fonunda Avropa İttifaqı (Aİ) və Amerika Birləşmiş Ştatları arasında kommersiya müharibəsi başlaya bilər.

“Qanunla.az” xəbər verir ki, bu fikri İtaliyanın keçmiş baş naziri Romano Prodi noyabrın 27-də “Messaggero” qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, enerji böhranı səbəbindən Aİ bir çox mühüm strateji məsələlərdə dünya siyasətindən uzaqlaşır və bu, ittifaqın öz daxilindəki fikir ayrılıqları ilə daha da dərinləşir.

O qeyd edib ki, enerji qiymətlərindəki fərq, eləcə də ticarətə yanaşmalar, Avropa İttifaqı və ABŞ-ın enerji sektorunda problemlərin həlli kommersiya müharibəsi təhlükəsi yaradır.

Siyasətçi onu da qeyd edib ki, Qərb ölkələrinin razılaşdırdığı və hazırkı bazar qiymətlərindən iki dəfə yüksək olan qazın qiymət tavanı perspektivləri qeyri-müəyyən görünür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki