image-qanunla-reklam
image-1667626222_af120734-a2b7-4a22-8efe-51b5fee943a1

ABŞ Ukraynaya Xersonu geri qaytarmağa kömək edəcək

image-lady-day-az

Xəbər verdiyimiz kimi, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Kiyevdə Ukreayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Tərəflər Ukraynanın Xersonu azad etmək üçün hansı silahlara ehtiyacı olduğunu müzakirə ediblər.

“Qanunla.az”ın məlumatına görə, Sullivan təkcə Zelenski ilə deyil, Ukraynanın digər hərbi rəhbərləri ilə də görüşüb.

Bundan sonra amerikalı müavir yerli KİV-ə açıqlama verib.   O bildirib ki, Amerika hərbçiləri Ukrayna hərbçiləri ilə sıx təmasdadır, cəbhədəki vəziyyəti və silahları müzakirə edir. Ukraynanın hərbi rəhbərlərinin hesabatlarını dinləyən Sullivan Xerson əməliyyatının ehtiyaclarına uyğunlaşdırılmış əlavə yardım vəd edib.

“Bu gün biz Ukraynanın bu əməliyyatı başa çatdırmaq üçün dəqiq nəyə ehtiyac duyacağını müzakirə etdik. Dəstəklə necə kömək edə biləcəyimizə dair bütün aspektləri müzakirə etdik… Və kömək etmək üçün əlimizdən gələni edəcəyik”, – deyib.

Müvəqqəti olaraq işğal olunmuş Xersonda vəziyyət son günlərdə  daha da gərginləşib. Ukrayna SQ şəhərin bəzi yaşayış məntəqələrini ruslardan azad edib.  Rus hərbçiləri isə Xersondan sakinləri təxliyəsinə başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki