image-qanunla-reklam
image-1668064985_1654530743-8594

ABŞ Ukraynaya pilotsuz təyyarələrini göndərməkdən imtina etdi

image-lady-day-az

Ukrayna ABŞ-dan “Grey Eagle MQ-1C” pilotsuz təyyarələri almayacaq. ABŞ prezidenti Co Baydenin administrasiyası hesab edir ki, bu cür yardım münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq.

Qanunla.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Bildirilir ki, Konqres üzvləri Bayden administrasiyasını “Grey Eagle MQ-1C” də daxil olmaqla, orta hündürlükdə olan silahlı dronları Ukraynaya köçürməməyə çağırıb.

“Bu, Ukraynanı Kiyevin aylardır tələb etdiyi müasir silahlardan məhrum edir. Pentaqon “Grey Eagle MQ-1C” pilotsuz təyyarələrinin verilməsinin münaqişəni gərginləşdirə biləcəyindən və Moskvaya ABŞ-ın mövqeləri hədəfə ala biləcək silahlarla təmin olunacağından ehtiyat edərək bu tələbi rədd etdi”, – nəşr qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki