image-qanunla-reklam
image-1665522309_16444120975550162512_1000x669

ABŞ Ukraynaya 4,5 milyard dollar ayıracağını açıqladı

image-lady-day-az

Yaxın həftələrdə ABŞ hakimiyyəti Ukraynaya 4,5 milyard dollar həcmində büdcə dəstəyi verməyə başlamaq niyyətindədir, Vaşinqton müttəfiqlərindən Kiyevə iqtisadi yardımın göstərilməsini gücləndirəcəyini gözləyir.

Qanunla.Az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen ukraynalı həmkarı Sergey Marçenko ilə görüşün əvvəlində deyib.

ABŞ Xəzinədarlığı Yellenin dediyi kimi, “iki həftə əvvəl Konqres Ukraynaya 4,5 milyard dollar həcmində birbaşa büdcə dəstəyinin ayrılmasını təsdiqləyib”. Onun sözlərinə görə, “ABŞ yaxın həftələrdə bu vəsaiti Ukrayna hökumətinə ayırmağa başlayacaq”. Yellen bunu nəzərə alaraq “ABŞ-ın Ukraynaya ümumi iqtisadi yardımının 13 milyard dollar təşkil edəcəyini” bildirib.

“Biz tərəfdaşları və müttəfiqləri Ukrayna qarşısında mövcud öhdəlikləri təxirə salmadan yerinə yetirməkdə və Ukraynaya həyati əhəmiyyətli dövlət xidmətləri göstərməyə davam etməkdə, habelə tikinti və yenidənqurma işlərində kömək etmək üçün əlavə addımlar atmaqda bizə qoşulmağa çağırırıq”, – deyə maliyyə naziri bildirib.

Yellen deyib ki, o, “Ukrayna iqtisadiyyatının perspektivini daha yaxşı başa düşmək” və “gələn il üçün Kiyevin maliyyə ehtiyaclarını” daha yaxşı başa düşmək niyyətindədir. “Biz həmçinin ABŞ və qlobal koalisiyanın Rusiyaya, onun dövlət maliyyə sektoruna və hərbi sənayesinə qarşı sanksiyaları necə davam etdirə biləcəyini müzakirə edəcəyik”, o əlavə edib. Yellenin sözlərinə görə, ABŞ digər G7 ölkələri ilə birlikdə “Rusiya neftinə qiymət tavanının tətbiqi üzərində işləməyə davam edəcək”.

Oktyabrın əvvəlində prezident Co Bayden ABŞ hökumətinin 2022-ci il dekabrın 16-dək maliyyələşdirilməsini, o cümlədən Ukraynaya 12,4 milyard dollar əlavə yardımı nəzərdə tutan qanun layihəsini imzalayıb. Bu məbləğin 4,5 milyard dolları Kiyevin iqtisadi dəstəyinə, o cümlədən dövlət orqanlarının işinin təmin edilməsinə yönəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki