image-qanunla-reklam
image-1661279387_22033-1651900258

ABŞ Ukraynanın Müstəqillik Gününə hədiyyə hazırlayır – rekord hərbi yardım

image-lady-day-az

ABŞ avqustun 24-də Ukraynanın Müstəqillik Günündə rekord məbləğdə 3 milyard dollarlıq hərbi yardım paketi elan edəcək.

“Qanunla.az” xəbər verir ki, bu barədə AP adı açıqlanmayan rəsmilərə istinadən xəbər verir.

Həmsöhbətlərin sözlərinə görə, vəsait pilotsuz təyyarələrin, silahların və digər texnikanın tədarükü üzrə müqavilələrin maliyyələşdirilməsinə yönəldiləcək. Ancaq bir il ərzində onların hələ döyüş meydanında görünməyəcəyi istisna edilmir. Pul həm də Ukrayna hərbçilərinin döyüş qabiliyyətini “illər boyu” təmin etmək üçün onlara təlim keçmək və təchiz etmək üçün istifadə olunacaq.

Qeyd olunur ki, bu hərbi yardım paketi əvvəlkilərdən fərqlidir. Yeni maliyyə vəsaiti əsasən Ukraynaya orta və uzunmüddətli perspektivdə müdafiə mövqeyini gücləndirməyə kömək etmək məqsədi daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki