image-qanunla-reklam
image-1694068006_screenshot-2023-09-07-102632

ABŞ tezliklə Kiyevə kasetli sursatların yeni partiyasını təhvil verəcək

image-lady-day-az

ABŞ yaxın vaxtlarda Ukraynaya kasetli sursatların yeni partiyasını göndərməyi planlaşdırır. 

Qanunla.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən “New-York Times” qəzeti yazıb.

“ABŞ Ukraynaya qoşunlarının döyüş sursatı tükənməməsi üçün ilk sursat göndərdikdən iki ay sonra, Bayden administrasiyası daha çox silah göndərməyi planlaşdırır”, – məqalədə deyilir.

Qəzetin yazdığına görə, ABŞ ilkin olaraq Ukraynaya nə qədər çoxlu mərmi ötürüldüyü barədə məlumat vermək niyyətində deyil.

Xatırladaq ki, iyulun 7-də Ağ Ev kasetli sursatların Ukraynaya təhvil verildiyini elan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki