image-qanunla-reklam
image-1668891697_88_main-v1668887731

“ABŞ Rusiya ilə müharibə etmək fikrində deyil” – Pentaqon rəhbəri

image-lady-day-az

Rusiyanın Ukraynaya qarşı müharibəsi avtoritar dövlətlər arasında nüvə silahının yayılmasının yeni mərhələsinə səbəb ola bilər.

Qanunla.Az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin Halifaxda keçirilən Beynəlxalq Təhlükəsizlik Forumu zamanı deyib.

O bildirib ki, Rusiya müharibə qanunlarını kobud şəkildə pozur. Lloyd Ostin həmçinin,  ABŞ-ın Rusiya prezidenti Putinin seçdiyi müharibəyə qarışmayacağını bildirib, lakin Ukraynaya yardımı davam etdirəcəyinə əmin edib.

“Biz onlara daha çevik və möhkəm olmağa kömək edirik”, – deyə o, ifadə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki