image-qanunla-reklam
image-1659511938-embassy-logo-outside

ABŞ-ın Ermənistandakı səfirliyi bu ərazilərə getməməyə çağırdı

image-lady-day-az

ABŞ-ın Ermənistandakı səfirliyi Ermənistandakı ABŞ vətəndaşlarına təhlükəsizlik səbəbi ilə müəyyən yerlərə getməmək haqqında xəbərdarlıq edib.

“Qanunla.az”ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, xəbərdarlıq dünən Ermənistan Fövqəladə Hallar Nazirliyinə partlayıcı qurğuların olması ilə bağlı həyəcan siqnalı daxil olduğu yerlərə aiddir.

Qeyd olunan ərazilər “Zvartnots” hava limanı, İrəvan metrosunun bütün stansiyaları, İrəvan bələdiyyəsinin və Parlament binalarıdır.

ABŞ səfirliyi öz vətəndaşlarını izdihamlı yerlərdən qaçmağa, dostlarına və ailəsinə təhlükəsizlikləri barədə məlumat verməyə və ətraf mühitdən xəbərdar olmağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki