image-qanunla-reklam
image-1664948137-bu5uhu5o_north-korea-missilereuters_625x300_15_april_22

ABŞ-ın atdığı ballistik raket öz bazasına düşdü

image-lady-day-az

ABŞ-ın Şimali Koreyanın raket sınaqlarına cavab olaraq, Cənubi Koreya ilə birgə təlimi zamanı buraxdığı “Hyunmoo-2” ballistik raketi atıldığı hərbi bazaya düşüb.

Qanunla.az xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bunu təsdiqləyib və hadisə nəticəsində itkilərin olmadığını bildirib.

Qeyd edək ki, ötən gün Cənubi Koreya və ABŞ-ın Şərq dənizinə birgə dörd raket atdığı bildirilirdi. Birgə təlim Şimali Koreyanın bir gün əvvəl raket buraxmasına cavab idi.

Şimali Koreyadan atılan ballistik raket oktyabrın 4-də Yaponiya dənizi və Sakit Okean ərazisi üzərindən uçub. Bundan sonra Yaponiyada fövqəladə xəbərdarlıq sistemi işə düşüb, bundan sonra ölkənin şimal bölgələrinin sakinləri təxliyə olunmağa çağırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki