Milandan Atlantaya uçan Delta Hava Yollarına məxsus təyyarənin 11 sərnişini “şiddətli türbülentlik” (hava axınının pozulması nəticəsində təyyarənin sarsılması) vəziyyətində yerə endikdən sonra xəstəxanaya yerləşdirilib.
“Qanunla.az” CNN-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 151 sərnişin və 14 ekipaj üzvü olub.
Yaralanan 11 nəfər arasında ekipaj üzvləri də var.