image-qanunla-reklam
image-pashinyan-yeni

ABŞ “ağır artilleriya” göndərdi: Rusiyanı İrəvandan çıxarır

image-lady-day-az

ABŞ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üzərində işləyir.

Qanunla.Az  xəbər verir ki, bu sözləri erməni ekspert Suren Sərkisyan FTX rəhbəri Uilyam Bernsin İrəvana səfərini şərh edərkən qeyd edib.

O bildirib ki, ABŞ-ın regionda siyasəti dəyişməyib və Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin tam bərpasına yönəlib.

Sərkisyanın fikrincə, məhz buna görə Berns baş nazirdən əlavə Ermənistan MTX-nin deyil, Təhlükəsizlik Şurasının katibi ilə görüşdü, çünki Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində prosesə İrəvan tərəfdən Armen Qriqoryan rəhbərlik edir, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşən də odur.

“FTX-nin regionda hədəfi Rusiya və İran olaraq qalır. Ancaq hazırda əsas diqqət Rusiyanın Cənubi Qafqazdan çıxarılmasıdır, buna görə də Tehran hələlik sakitliyini qoruyur.

ABŞ Rusiyanın Ermənistanda hərbi bazasının və Qarabağda sülhməramlılarının olmasını Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə ən ciddi maneə sayır. Buna görə də anlamaq lazımdır ki, Berns İrəvana hardan gəlib və buradan hara gedəcək”, – Sərkisyan vurğulayıb.

Qeyd edək ki, FTX rəhbərinin İrəvana səfəri ciddi reaksiyalara səbəb olub. Belə ki, bu, son 28 ildə ilk dəfədir.

Bernsin İrəvana səfəri haqda məlumatlar qapalı saxlanılırdı, yalnız ötən gün axşam saatlarında onun Paşinyan və Qriqoryanla görüşü təsdiqləndi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki