image-qanunla-reklam
image-1681374135_1092924

Abramyan Qafandakı qətldə azərbaycanlıların iştirak etmədiyini açıqladı

image-lady-day-az

“Ermənistan İstintaq Komitəsində Qafandakı Zəngəzur mis-molibden zavodunun işçisinin qətlində azərbaycanlıların iştirakı ilə bağlı məlumat yoxdur”.

image-1681374135_1092924

“Sputnik Armenia” xəbər verir ki, bunu qurumun mətbuat katibi Qor Abramyan bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın bəzi mətbuat orqanları zavodun 57 yaşlı mühafizəçisinin azərbaycanlılar tərəfindən qətlə yetirilməsi versiyasına baxıldığını yazmışdı.

Mühafizəçinin meyiti 6 güllə yarası ilə Qafan ərazisində tapılıb. Hadisə ilə bağlı məişət zəminində qətl versiyası da irəli sürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki