image-qanunla-reklam
image-6589940d398e7fbab1a19d3d6893b344

Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi

image-lady-day-az

Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi

1993-cü ilin 15 iyununda Heydər Əliyevin Azərbaycan Ali Sovetinin – parlamentinin Sədri seçilməsi qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır. Ulu öndər mürəkkəb bir siyasi dövrdə parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirmiş, onun sivil, işlək orqana çevrilməsini təmin etmişdir. Müdrik siyasətçinin iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, deputatların çıxışlarının məzmununu tutmaq bacarığı, dəyərli fikirləri ümumiləşdirərək ən optimal variantı seçmək qabiliyyəti bu gün də böyük ehtiram hissi ilə xatırlanır. Dövlətin ən çətin günlərində Ali Sovetin sədri kimi məsul vəzifəni şərəflə daşımış Heydər Əliyev bir-birindən mürəkkəb problemləri böyük siyasi məharətlə yoluna qoymuş, yüksək idarəçilik keyfiyyətləri sayəsində parlamentin xoşagəlməz siyasi çəkişmələr meydanına çevrilməsinin qarşısını almışdır.

 

Kamal Xəlilov

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki