image-qanunla-reklam
image-285620605_393444126158637_7162259017587976226_n

Saatlı rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu Əbil kəndində keçirilmişdir

image-lady-day-az
Saatlı rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu Əbil kəndində keçirilmişdir.
Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov iyun ayının 2-də Əbil kəndinin sakinləri ilə görüşüb. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir. Rayon icra hakimiyyətinin başçısı səyyar qəbul zamanı xidmət keyfiyyətinin daha da yaxşılaşdırılmasının təmin olunması məqsədilə yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” portalı haqqında məlumat vermiş və kənd sakinlərinə portaldan istifadə qaydasını izah etmişdir.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilmiş, bəzi məsələlər yerindəcə öz həllini tapmışdır. Həlli vaxt tələb edən məsələlər isə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək nəzarətə götürülmüşdür.
image-285895413_393444009491982_9164630071004848340_nimage-286025220_393443986158651_4810712550965735596_nimage-285988408_393443976158652_1451531255514737535_nimage-282339878_393444089491974_8531696010354195409_nimage-286082053_393444086158641_1472639866457281094_nimage-285620605_393444126158637_7162259017587976226_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki