image-qanunla-reklam
image-yenigundem_f21b59b9c832bd7c9eaaf03aa9499a2b_ae9tlkr80m74q1u6ixfh-620x460

Naftalanda şəhid olmuş mülki vətəndaşların məzarları ziyarət olunub – FOTO

image-lady-day-az

Milli Məclisin deputatı Anar Məmmədov Naftalan şəhər ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri ilə birgə Naftalanda şəhid olmuş mülki vətəndaşların məzarlarını ziyarət edib.

Qanunla.Az xəbər verir ki, millət vəkili şəhidlərin məzarları önünə gül dəstələri qoyaraq ölməz qəhrəmanlarımıza ehtiramını ifadə edib.

Şəhidlərin ailə üzvləri ilə görüşdə Anar Məmmədovbildirib ki, biz şəhidlərimizin ruhları qarşısında baş əyirik, əzəli və əbədi torpağımız olan Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ailələrinə səbr diləyirik. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini əziz tutur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki