image-qanunla-reklam
image-282063921_396051885771570_1344548931080859705_n

D.r Vüsal Eminov : “Bəzən təcrübəsiz həkimlər təxmin edərək xəstə üzərində apandisit əməliyyatı aparırlar”

image-lady-day-az

D.r Vüsal Eminovdan “Həkimlə bizdə” Ümumi cərrah məsləhətləri

  Millixəbər.az İnformasiya portalında yenicə ixtiyarınıza verilmiş “Həkimlə biz” rubrirkasının növbəti siması Laparostkapist Cərrah Eminov Vüsal Lətif oğludur.

Müsahibim 1980-ci ildə Zərdab rayonunda doğulub. 1997-ci ildə orta məktəbi bitirib və elə həmin ildə  də Dövlət imtahanlaında əla nəticə göstərərək, yüksək balla Azərbyacan Tibb Universitetinin Müalicə işi fakultəsinə daxil olub. 2003-cü ildə oranı bitirmiş, diplomdan sonrakı təhsilini isə Tatarıstan vilayətinin Kazan şəhərində almışdır. Və eyni zamanda 2003-cü ildən 2010-cu ilə qədər Kazanda yaşadığı müddətdə orada Endoskopik yönümlü Təəcili təxirəsalınmaz cərrah kimi çalışmışdır. 2003-2007-ci illərdə klinik ardinantor olmuş, 2007-ci ildə elmi iş götürmüş, müdafiə etmiş, 2009-cu ildə Kazanda Tibb elmlər namizədi adını almış, 2010-cu ildə Vətənə qayıtmış və elmi işi burada təstiq edilmişdir. Artıq 2010-cu ildən bu günə kimi Vüsal doktor tibbi savadını və bacarıqlarını öz xalqımız üçün sərf etməkdədir.

Qarın boşluğu üzrə abduminal ümumi cərrahdır. Vüsal doktor cərrahiyyə əməliyyatlarını laparoskopik (qapalı) üsulla həyata keçirdiyini və laparoskopiyanın insanlar üçün rahat və ziyansız olmasını da vurğuladı. Doktorun sözlərinə görə açıq əməliyyatdan sonra yaranın irinləməsi, yaxud izi qalması, və.s. bu kimi digər fəsadların baş verməsi mümkündür, eyni zamanda laparoskapiya kosmetik baxımdan da əlverişlidir, çünki, əməliyyatdan sonra izi qalmır.

Bütün bu saydığımız fəsadların baş verməməsi üçün əməliyyat olunarkən qapalı, yəni laparoskopik əməliyyata üstünlük vermək daha düzgündür.

Əməliyyat olunması vacib olan öd daşı xəstəlikləri, Apendisit xəstələri qadınlar arasında daha geniş yayılmışdır  ki, bunun da səbəbi çox zaman hormonal problemlərdir. Təəssüflər olsun ki, əksər qadınlar, daha çox isə ailə qurmamış xanımlar sağ qasığ nayihəsində ağrılar hiss edir, buna görə appendisit əməliyyatı olunur və “kor bağarsaq” adı ilə tanıdığımız soxulcanabənzər çıxıntı götürülür.  Lakin, 28-ə yaxın xəstəlik növləri vardır ki, əlamətləri apendisitlə eynidir. Bunu ayırmaq lazımdır, amma təəssüf bəzən təcrübəsiz həkimlər var ki, bunu yoxlamadan, təxmin edərək xəstə üzərində apandisit əməliyyatı aparırlar. Bu yanlışlıq isə çox zaman hətta sonsuzluğa belə səbəb olur.

Bu və ya digər problemlərlə üzləşməmək üçün zamanında və işini bilən, savadlı həkimlərə müraciət etmək lazımdır. Fikrimizcə Vüsal Eminov da axtardığınız həkimlərdəndir. Öz sahəsinin mütəxəssisidir. Növbəti buraxılışlarımızdan birində doktorun keçirdiyi əməliyyatlarını videoçarx olaraq sizlərə təqdim edəcəyik

Dr. Vüsal Eminovla əlaqə vasitələri.

Tel:     (051) 728 69 63

(055) 688 69 01

Mail: zerdab2016@yandex.ru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki