image-qanunla-reklam
image-334911727_5970316876368575_7896924655853366319_n

Bu gün onun günüdü! – Leyla Yaşar

image-lady-day-az

Bu gün onun günüdü!

Ürəyi geniş, ruhu gözəl zərif qadının. Bu gün onun günüdü! Özəl və gözəl günü. həyatı sevən, valideynini sevən, həyat yoldaşını sevən, övladını sevən qadının.

Qadın – cənnət mələyidir.. Qadın çiçəkdir, güldür, Qadın anadır, bacıdır, xaladır, bibidir , nənədir!

Qadın xilaskardı, sülhsevərdi.. Qadın- sadiqdir, etibarlıdır.. Qadın- zəhmətkeşdi, Qadın- iradədir, dözümdür.. Qadın- Vətəndir! Qadın , ah qadın.. Bəzən əzilən, bəzən döyülən, bəzən sayılmayan qadın .. Hər zaman başı aşağı, gözləri gülüb, qəlbi paramparça olan qadın… Ağlayan, amma “gülən” qadın .. Əlləri qabar olan qadın.. Uşaqkən valideyinsiz qalan qadın.. Atalıq edən qadın.. Qardaşlıq edən qadın.. Fədakar qadın! Vətən üçün övladını şəhid verən, ağsaçlı qadın.. Bitməyən, tükənməyən vəzifələri özünə borc bilib, ağır yüklər altına girən, zərif qəlbli , “ zəif” qadın.. Evin qadını, övladının anası, həyat yodası olan qadın.. Ömrünü bacı , qardaşına, valideyninə həsr edən qadın.. Hər zaman sevgiyə layiq olan qadın.. Bu gün sənin günündü , Qadın.. Hər zaman məgrur , qürurlu, iradəli və gözəl ol! Köksündə hər zaman sevinc çırpıntıları olsun.. Üzündən gülüş əskik olmasın.. Ruhun hər zaman cavan qalsın, qəlbin fərəhlə dolu olsun.. Sən özün bir dünyasan! Dünyan heç zaman yıxılmasın.. Var ol! Sən varsansa, həyat var! Sən gülərsənsə, kainat gülər… Gül ki, üzümüz gülsün.. Gülki, ürəyimiz gülsün.. Bayramın mübarək, adı böyük, özü böyük olan Qadın.. Dünyanın bütün gözəllikləri sənin olsun…

Bayramınız mübarək, əziz qadınlar! Sevginiz bol olsun❤️❤️❤️❤️❤️


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki