image-qanunla-reklam
image-1670389501_q3ppcv4mwrjvtd2ynsr3n3tftm-1

Keçmiş prezident HƏBS EDİLDİ

image-lady-day-az

Argentinanın keçmiş prezidenti və hazırkı vitse-prezidenti Kristina Fernandes de Kirşner mühakimə olunduğu korrupsiya işi üzrə 6 il müddətinə azadlıqdan məhrum edilib.

“Qanunla.az” xəbər verir ki, 2 saylı Federal Şifahi Məhkəməsi (TOF2)  korrupsiya ittihamı ilə mühakimə olunan Kirşner və daha 12 nəfər barəsində hökm elan edib.

6 il müddətinə azadlıqdan məhrum edilib və ona qarşı cinayət işi açılmış korrupsiya işi üzrə dövlət vəzifəsindən daimi olaraq məhrum edilib.

Belə ki, Argentina tarixində ilk dəfə olaraq vəzifədə olan vitse-prezident korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb edilib və cəzalandırılıb.

Digər tərəfdən, 10 dekabr 2023-cü ildə müddəti bitənə qədər həbs oluna bilməyən Kirşnerin cəzasının icrası üçün Ali Məhkəmə tərəfindən təsdiqlənməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki