image-qanunla-reklam
image-1669834853_default-4

“Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müzakirələr davam edəcək” – Ermənistan XİN

image-lady-day-az

“Ermənistan-Türkiyə sərhədinin açılması məqsədi ilə texniki məsələlərin müzakirəsi davam etdiriləcək”.

“Qanunla.az” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan iki ölkə nümayəndə heyətlərinin son görüşünün nəticəsini cavablandırarkən deyib. Lakin o, növbəti görüşün harada və hansı formatda keçiriləcəyini dəqiqləşdirməyib.

“Sazişlərin icrası ilə bağlı texniki məsələlər müzakirə olunub. Müzakirələr davam etdiriləcək”, – Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan bildirib.

Ermənistan-Türkiyə texniki nümayəndə heyətləri bu ayın əvvəlində görüşüblər. Dünən Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, iki ölkə nümayəndələri sərhədin hər iki tərəfində olub, hətta Ermənistan ərazisində nahar ediblər. “Sərhədlərin açılması, körpülərin təmiri, sərhəd nəzarəti, keçid məntəqələri ilə bağlı məsələlər müzakirə olunub. Bu mənada deyə bilərik ki, bu prosesdə müsbət dönüş var”.

Nə rəsmi Ankara, nə də İrəvan ayrı mesajda iki ölkə nümayəndələrinin hansı sərhəddə görüşdüyünü bildirməyiblər. Bundan əvvəl İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan görüşün noyabrın 1-də baş tutduğunu bildirmişdi. Rubinyan da bunu müsbət qiymətləndirib.

2020-ci ildə 44 günlük müharibədən sonra İrəvan və Ankara arasında yeni nizamlanma prosesi başlayıb. İndiyə qədər əldə edilən ən böyük nailiyyət hava nəqliyyatının bərpası və sərhədin üçüncü ölkə vətəndaşlarına açılması və hava səyahətinə başlanması ilə bağlı razılaşma olsa da, bu sazişin həyata keçirilməsi şərtləri hələ müəyyən edilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki